28 May, Ş.Əzizbəyov küçəsi 185a
Tədbir

4 İyun 2024

“Bakı Süni İntellekt Forum”

26 may tarixində Landmarkda AIESEC-in təşkilatçılığı ilə “Bakı Süni İntellekt Forum”u keçirildi. Süni intellektin təsir dairəsinə daxil olan çoxsaylı sahələr və spesifik mövzuların müzakirə edildiyi bu forumda Compar Academy olaraq biz də iştirak etdik. Keçirilən forum tələbələrə bir çox yeniliklər gətirdi. Əvvəlcə,tələbələrə AI sahəsində son yenilikləri izləmə imkanı yaradaraq, onların bilik və bacarıqlarını genişləndirmələrinə kömək etdi. Həmçinin, tələbələr fərqli sahələrdən olan həmkarları ilə əlaqə yaradıb fikir mübadiləsi edərək, təcrübələrini bölüşüb və bir-biriləri ilə əlaqə qurmaq imkanı əldə etdilər. Compar Academy komandası olaraq da bu forumda iştirak etmək bizim üçün həm gözəl bir təcrübə, həm də unudulmaz bir gün idi.