28 May, Ş.Əzizbəyov küçəsi 185a
Tədbir

2 İyun 2024

AEGEE YOUTH FORUM

19 may tarixində keçirilən “AEGEE YOUTH FORUM” gənclərin karyera imkanlarını artırmaq və yeni biliklər qazanmaq üçün mükəmməl bir tədbir təşkil etmişdi. Bu möhtəşəm tədbirin sponsuru olan “Compar Academy” iştirakçılara unudulmaz bir təcrübə yaşadaraq onların təhsil almaq arzularına dəstək Verdi. Tədbirə qatılan 350-ə yaxın gənc sərgidə “Compar Academy” haqqında dəyərli məlumatlar əldə edib, həmçinin təhsil proqramları və karyera dəstəyi ilə maraqlanıblar. Təlimçilərimiz fərqli sahələrdə gənclər üçün mövcud olan karyera seçimləri və perspektivlər barədə məlumat verdilər. Tədbirdə gənclərin təhsil aldıqları sahələrdə praktiki təcrübə qazanmaları və bunun onların karyera inkişafına necə təsir etdiyi barədə mövzular müzakirə edildi.