2 İyun 2024
UNEC-Beynəlxalq Magistratura və Dokturantura Mərkəzində təşkil olunan "Proqramlaşdırma dünyasında müasir yanaşmalar" təlimində bu sahənin gələcəkdəki inkişafı barəsində bir çox mövzular müzakirə olundu. Təlimin məqsədi ölkəmizdə güclü insan kapitalı və innovasiya məkanının yaradılmasıdır. Buna isə yalnız proqramlaşdırma üzrə bilikləri artırmaqla, bu sahədə mütəxəssislər yetişdirməklə nail oluna bilər. Biz inanırıq ki, təşkil olunmuş bu təlimdə tələbələr proqramlaşdırma sahəsində ixtisaslı kadr kimi yetişəcək, müasir dövrün tələbələrinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik mütəxəssis kimi özlərini tanıdacaqlar.