31 May 2024
Fevralın 13-də Azərbaycan – İsrail İnnovasiya Forumu keçirilib. Tədbir Azərbaycan ilə İsrail arasında təhsil üzrə tətbiq olunan texnologiya və innovasiyalar sahəsində təcrübə mübadiləsi üçün imkan yaradıb. Tədbirdə ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək forumun məqsədi, Azərbaycan – İsrail əlaqələri, təhsildə innovasiyalar sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər. Forum ümumi və təhsil sahəsi üzrə panel iclaslarla öz işini davam etdirib. Ümumi paneldə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov ölkəmizdə təhsil, elm sahələrində son illərdə tətbiq edilən texnologiyalar, müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar. Təhsil üzrə paneldə ölkəmizdə və İsraildə fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrinin rəhbərləri, ekspertlər müvafiq sahədəki çağırışlar, təhsildə innovasiyaların rolu, bu sahəyə investisiya qoyuluşu, süni intellekt, rəqəmsal platformalar barədə fikirlərini bölüşüblər. Biz də Compar Academy olaraq bu forum da iştirak etdik və təhsil sahəsində olan gələcək yönümlü planlar haqqında müəssisələrlə danışıqlar apardıq.